​İlham Əliyev İmaməli Rəhmana zəng etdi

​İlham Əliyev İmaməli Rəhmana
17:30 05.10.2021
600 Siyasət
A- A+

Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhmana telefonla zəng edib.

Azadinfo.az  xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlətimizin başçıçı İmaməli Rəhmanı ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və ölkənin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Tacikistan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycanla Tacikistan arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edib, əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirib, əlaqələrimizin perspektivləri barədə fikir mübadiləsi aparıblar.