Çinin Çjençjou şəhərində pilotsuz uçuş aparatları ilə işıq şousu nümayiş etdirilən zaman dronlar insanların üzərinə səpələnməyə başlayıb. 

Azadinfo.az  xəbər  verir  ki, buna səbəb texniki nasazlıq səbəb olub. Onlarla dron ağacların və avtomobillərin üzərinə düşüb.

Dronların şousuna baxmaq üçün böyük ticarət mərkəzinin qarşısında toplaşan insanlar arasında çaxnaşma düşüb, adamlar müxtəlif istiqamətlətə səpələnib. Pilotsuz uçuş aparatları heç kimə xəsarət yetirməyib.