​Həbsdə olan jurnalist Mahir Xəttab haqqında AÇIQLAMA

​Həbsdə olan jurnalist Mahir Xəttab haqqında
11:35 06.10.2021
653 Toplum
A- A+

Həbsdə olan jurnalist, "Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərov (Xəttab) saxlanıldığı 1 saylı İstintaq Təcridxanasında vəkili ilə görüşüb.

Azadinfo.az xəbər verir ki, bu barədə Trend-ə jurnalistin vəkili Araz Nurməmmədov deyib.

Vəkil bildirib ki, jurnalsitin istintaq təcridxanasında saxlanma şəraiti normaldır: "Səhhətində ciddi narahatlıq hiss etmir. Saxlanma şəraiti də normaldır. Görüş zamanı Mahir Ələkbərov bildirdi ki, dövlətin ədalətinə güvənir və tezliklə həqiqətin öz yerini tapacağına ümid edir. Görüş zamanı Mahir Ələkbərov 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılanlara qarşı çox yaxşı rəftar olunduğunu da bildirdi".

 

Xatırladaq ki, Mahir Ələkbərov (Xəttab) sentyabrın 9-da axşam saatlarında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. O Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sabiq sədri Ramiz Göyüşovdan 2 min manat almaqda təqsirləndirilir.