​Bu şəxsin 2600 il həbsi istənilir - FOTO

​Bu şəxsin 2600 il
15:30 05.10.2021
133 Dünya
A- A+

Türkiyədə “Çiftlikbank”ın qurucusu, “Tosuncuk” ləqəbli Mehmet Aydının 2 600 il azadlıqdan məhrum edilməsi istənilib.

Azadinfo.az xəbər verir ki, məlumatı “CNNTurk” yayıb.
 
Bildirilib ki, ilkin iddianamədə onun 75 000 il, ikincidə isə daha 11 140 il azadlıqdan məhrum edilməsi istənilmişdi. Bununla da onun cəzası 89 140 ilə çatmışdı.
 
“Tosuncuk” məhkəmədə bildirib: “Kiprdə və Türkiyədə olan və müsadirə edilmiş mal-mülkümü qaytarın zərərçəkənlərə borclarımın hamısını ödəyim”.
 
Anadolu Baş Prokurorluğu hazırladığı 83 səhifəlik iddianamədə Mehmet Aydın və şübhəli bilinən 130 nəfərin “mütəşəkkli şəkildə dələduzluq” maddəsi ilə 2 600 ilə qədər cəzalandırlmasını istəyib.