Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazandığımız, Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində iştirak edən oğullarımızın qəhrəmanlığı dillərə dastandır. Bu zəfər salnaməsi xalqımızın əzminin və iradəsinin təcəssümüdür. Bu müqəddəs savaşda jurnalistlərimiz də iştirak etdilər, Vətənin çağırışına səs verərək özlərinin vətəndaşlıq borclarını yerinə yetirdilər. Vətən müharibəsi iştirakçısı olan media nümayəndələrinin fədakarlıqları, təəssübkeşlikləri hər zaman yüksək qiymətləndirilir.

Azadinfo.az  xəbər verir ki, Medianın İnkişafı Agentliyi (MEDİA) keçdikləri şərəfli döyüş yolunu işıqlandırmaq üçün onlarla həmsöhbət olub.

“Bu dəfə biz çəkirik, onlar danışır”,-deyə MEDİA-dan verilən məlumatda bildirilib.

Beləliklə, Agentlik 44 günlük tarix yazan media qəhrəmanları barəsində silsilə videoçarxları təqdim etməyə başlayır.