​"Delta" variantına yoluxan gənclərin... - AÇIQLAMA

​
16:30 20.09.2021
A- A+

Son həftələr koronavirusa yoluxan gənc insanların vəziyyətinin daha tez ağırlaşması müşahidə olunur.

Azadinfo.az-ın  məlumatına görə, bu sözləri tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə deyib.

O qeyd edib ki, hazırda ölkədə koronavirusun “Delta” variantı yayılmaqda davam edir:

""Delta" variantına yoluxan zaman gənclərdə yüksək hərarət davam edir, xəstəliyin ilk həftəsindən ağciyərlər geniş həcmdə zədələnir. Kompüter tomoqrafiyası (KT) müayinəsində ağciyərlərin 70-80, hətta 90% zədələnməsi aşkar edilir.”