​Millət vəkili YAP sədrliyindən getdiyini AÇIQLADI

​Millət vəkili YAP sədrliyindən getdiyini
23:15 09.09.2021
130 Siyasət
A- A+

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) son qurultayında qəbul olunmuş yeni Nizamnaməyə görə, şəhər və rayon təşkilatlarının sədrləri ikinici vəzifə tuta bilməzlər. Bura həmçinin parlamentdə təmsilçilik də daxildir.

Azadinfo.az xəbər verir ki, bu sözləri YAP Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev Feysbuk ststusunda yazıb. N.Həmzəyev bildirib ki, sonuncu qurultayda Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev tərəfindən yenidən böyük etimad göstərilərək Yeni Azərbaycan Partiyası Nəzarət komissiyasının üzvü seçilib və bu səbəbdən YAP Gəncə şəhər təşkilatının sədri vəzifəsinə namizədliyi irəli sürülməyəcək.

O, qeyd edib ki,fəaliyyətinə  Azərbaycann Respublikası Milli Məclisinin deputatı və Yeni Azərbaycan Partiyası Nəzarət komissiyasının üzvü olaraq davam edəcək.