​Azərbaycan XİN Tacikistanı TƏBRİK ETDİ

​Azərbaycan XİN Tacikistanı
15:17 09.09.2021
A- A+

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Tacikistanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Azadinfo.az  xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində məlumat verilib.

“Müstəqilliyinin 30-cu ildönümündə Tacikistanı səmimi-qəlbdən təbrik edirik və bu əlamətdar gündə uğur və rifah üçün ən xoş arzularımızı çatdırırıq. Müstəqillik Günün mübarək, Tacikistan!”, - məlumatda qeyd edilib.