​Baş nazir Mişustinə başsağlığı VERDİ

​Baş nazir Mişustinə başsağlığı
11:44 09.09.2021
A- A+

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Azadinfo.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçevin faciəli surətdə həlak olması xəbərindən kədərləndiyini bildirib, Rusiya Hökumətinin sədrinə, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.