​Rusiyanın saytı Azərbaycanla bağlı səhvini DÜZƏLTDİ

​Rusiyanın saytı Azərbaycanla bağlı səhvini
10:08 09.09.2021
114 Siyasət
A- A+

Rusiya Federasiyasının dövlət satınalma üzrə rəsmi saytında "Dağlıq Qarabağ Respublikası" göstərilməsi ilə bağlı yol verilən səhv aradan qaldırılıb.

 
Azadinfo.az Report-a istinadən xəbər verir ki, saytda Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin hərbi şəhərciyində xidmət üçün tenderin elan olunduğu ərazi Rusiya Federasiyası ərazisindən kənarda yerləşən ərazi kimi qeyd olunub.
 
 
Həmçinin, "Müqavilənin şərtləri" bölməsində təyinat kimi Azərbaycan respublikası qeyd olunub. Əvvəl sənəddə mövcud olmayan "Dağlıq Qarabağ Respublikası" qeyd olunmuşdu.