​Fransa Azərbaycana 400 min avro göndərir - Səfir

​Fransa Azərbaycana 400 min avro
22:39 08.09.2021
A- A+

Beynəlxalq əməkdaşlığa ehtiyac duyulan başqa bir sahə məcburi köçkünlərin öz torpaqlarına qayıda bilmələri üçün ərazilərin minalardan təmizlənməsidir.

Azadinfo.az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross Tvitter hesabında qeyd edib.

"Qarabağda minalardan təmizlənməni tələb edən ərazilər çox böyükdür. Buna görə rəsmi olaraq ANAMA-ya bu məlumat verməkdən məmnunam. Fransa ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 000 avro bağışlamaq niyyətindədir", - səfir bildirib.