​Türkiyədə 70 faiz insan peyvənd olunub - Səhiyyə naziri

​Türkiyədə 70 faiz insan peyvənd olunub
23:43 02.09.2021
A- A+

Türkiyədə son 4 həftədə koronavirusa yoluxanların sayındakı artım peyvənd olunmayanlarla bağlıdır.

Azadinfo.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib. O bildirib ki, ölkədə COVID-dən ölənlərin 90 faizi vaksin olunmayan və ya I doz peyvənd olunanlardır.

“Aktiv xəstələrin 81 faizi, xəstəxanada müalicə alanların isə 90 faizi peyvənd olunmayanlardır”.

F.Koca bildirib ki, bu gün ölkədə 18 yaşdan yuxarı insanların 70 fazdən çoxu vaksinasiya olunub:

“Tunelin ucunu göründü deyə bilərik” – F.Koca əlavə edib