Ümummilli lider Heydər Əliyevin 95-ci ildönümü ilə bağlı 7 saylı cəzaçəkmə müəssisəsində tədbir keçirildi

10 may ümummilli lider Heydər Əliyevin 95-ci ildönümü ilə bağlı 7 saylı cəzaçəkmə müəssisəsində silsilə tədbirlər keçirilmişdir. Belə ki ümummilli liderin yeni üslubda tərtib edilmiş xatirə muzeyinin açılışı olmuş, açılışda Azərbaycan yazıçılar birliyinin üzvü, filologiya elmlər doktoru, professor, Azərbaycan dövlət Pedaqoji universitetinin dekanı, “Qızıl qələm”, “Qızıl kəlmə” mükafatları lauriyyatı, 91-lərdən olan Zahid Xəlil və Penitensiar xidmətin məsul əməkdaşları iştirak etmiş və ulu öndər barədə yazıçı öz dəyərli fikirlərini əməkdaş və məhkumlara çatdırmışdır. Bundan sonra 91-lərdən olan  professor Zahid Xəlilin iştirakı ilə müəssisədə yeni təşkil olunmuş bayraq meydanının açılışı keçirilmiş və sonda məhkumlar üçün geniş bayram konserti təşkil edilmişdir.  Naharda məhkumlara bayram süfrəsi təqdim edilmişdir. Tədbir İctimai Tv tərəfindən lentə alınmışdır.

Tədbirdə çəkilmiş fotoları təqdim edirik.

azadinfo.az

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir