Narkobaron İran vətəndaşı saxlandığı Müvəqqəti Saxlama Yerindən necə qaçıb? Şok müraciət

DİN əməkdaşı, yoxsa reket polkovnik?

Azadinfo.az saytımızın elektron ünvanına müraciət edən Göyçay rayon Qaraməryəm kənd sakinləri Babayev Arzu Vidadi oğlu,
Babayev Samir Vidadi oğlu şikayətlənlərində DİN Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı
polkovnik-leytenant Urfan Babayev özəmisi oğlu Babayev Arif Sirac oğlunun vasitəsi ilə həddə-qorxu
məqsədilə onlardan şikayət etməyini, sahibkarlıq fəaliyyətlərinə və imiclərinə zərbə vurmaq üçün
hüquq-mühafizə orqanlarına ərizə yazıb göndərdiyini, amma buna baxmayaraq Göyçay rayon PŞ-nin
Təhqiqat Bölməsi tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar çıxarıldığını
qeyd ediblər.
Başqalarını şərləyərək həbsə atdırmaq istəyən Urfan adlı polkovnik-leytenantın özü kimdir?
Bir neçə il əvvəl Daxili İşlər Nazirliyində böyük səs-küyə səbəb olmuş İran vətəndaşı olan
narkobaronu qaçıran şəxs həmin polkovnik Urfan Babayev olmuşdur. Sərhəddi pozmaqla ölkəmizə 26
kq narkotik vasitə olan mariuxana gətirmiş İran vətəndaşı həbs olunduğu gün gecə ikən saxlandığı
Müvəqqəti Saxlama Yerindən yoxa çıxmışdır. Həmin vaxt bu işi təşkil etməkdə şübhəli bilinən Urfan
Babayev sərəncam əsasında 3 aylıq tutuduğu vəzifədən uzaqlaşdırılaraq onun barəsində cinayət
araşdırması aparılmışdır. Müəyyən olunmuşdur ki, U. Babayev həbs olunan İran vətəndaşını külli
miqdarda rüşvət müqabilində qaçırtmışdır. 3 ay müddət bitdikdən sonra o himayədarları sayəsində
tutduğu vəzifədən aşağı olan Binəqədi Rayon Polis İdarəsində əməliyyatçı vəzifəsinə təyin edilir,
cinayət məsuliyyətindən də tam olaraq yayınmağı bacarır. Həmin vəzifədə 1 müddət işlədikdən sonra
onu yenidən DİN-nin Narkotiklərlə Mübarizə İdarəsində yüksək vəzifəyə təyin edirlər.
2017-ci ilin sentyabr ayında Urfan Babayev məzuniyyətdə olduğu müddətdə İsmayıllı rayonu Kürmaşı
kənd ərazisində qanunsuz “əməliyyat” adı ilə həmin kənd sakini Seymur adlı şəxsi həbs edərək onu
Göyçay rayon PŞ-nə təhvil vermişdir. Əslində Seymur adlı şəxsin üzərində şəxsi istehlak miqdarında
narkotik vasitə aşkar edilməmişdir, buna baxmayaraq onu həbs etdirəcəyi adı ilə qaynatası İlyas
kişidən 5000 manat aldıraraq Göyçay polisinə Seymur barəsində cinayət işi başlanmaması, inzibati
məsuliyyətə cəlb edilməsinə dair tapşırıq vermişdir. U. Babayev əslən Göyçaylı olduğuna görə İsmayıllı
rayon ərazisində qanunsuz həbsə aldığı şəxsi Göyçay polisinə təqdim etməyi daha məqsədə müvafiq
hesab etmişdir.
Sonunda şikayətçilər qeyd ediblər ki, polis adına ləkə olan polkovnik-leytenant Urfan Babayev bizə
də oxşar şər-böhtan atmaqla həbs etdirməyə çalışır. Belə ki, o dayanmadan əmisi oğlu Arif Babayev
vasitəsilə hüquq-mühafizə orqanlarına rəsmi müraciətlər etməkdə davam edir. Buna baxmayaraq biz
ümid edirik ki, şər-böhtanı özünə “çörək yeri” hesab edən polkovnik bu cür çox gedə bilməyəcək,
yaxın vaxtlarda sayəmizdə aidiyyatı orqanlar tərəfindən layiqli şəkildə cəzalandırılmış olacaq.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir