Bakıda 7 saylı cəzaçəkmə müəssisəsində bayram tədbiri keçirilib

Hər il olduğu kimi bu il də Novruz bayramı ilə əlaqədar məhkumlar bayram konserti və yaxınlarının görüşü ilə sevindirildilər. Belə bir tədbir bu gün 7 saylı cəzaçəkmə müəssisəsində baş tutub. Tədbirdin giriş sözünü müəssisənin rəisi Rasim Bayramov Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Ceyhun Həsənovun məhkumlara təbrik məktubunu oxuyaraq başlatdı.
Tədbirdə penitensiar xidmətin rəhbər şəxsləri, məhkumların yaxınları və tanınmış incəsənət nümayəndələri iştirak ediblər.
Azadlığa çıxacaqları günü səbirsizliklə gözləyən məhkumlar öz hisslərini bölüşərək bir daha belə bir səhfə yol verməyəcəklərini , peşmançılıq hissi keçirdiklərini dilə gətirdilər.Və öz növbəsində bu tədbiri təşkil edənlərə minnətdarlıqlarını bildirdilər.

Azadinfo

 

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir