Xətai rayonundakı “Radioquraşdırma zavodu” İstehsalat Birliyində partlayış baş verib- FOTO – VİDEO

Bakının Xətai rayonundakı “Radioquraşdırma zavodu” İstehsalat Birliyində baş vermiş partlayışla bağlı araşdırma aparılır.

Azadinfo.azReport”-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xətai Rayon Polis İdarəsinin rəis müavini polis polkovniki Fəxrəddin Əliyev deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

“İlkin məlumat hələ yoxdur, araşdırma gedir. Yanğın hadisəsi baş verib. Yanğının nədən baş verdiyi araşdırılır. Xəsarət alan olmayıb. Təxminən yardımçı binada 100 kvadratmetr ərazi yanıb” .

Partlayış baş verən zavoda müdafiə sənayesi naziri Yavər Camalov, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov gəlib. Əraziyə ilkin baxış keçirilib.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir