Tovuz sakini evinə girən oğrunu özü cəzalandırdı

Tovuzda yerli sakin üz nahiyyəsindən yanıq xəsarətləri alıb.

Azadinfo.az bildirir ki bu barədə”Report“un Qərb bürosunun məlumatına görə, rayonun Yuxarı Öysüzlü kənd sakini, 1990-cı il təvəllüdlü Emil Mehralıyev üz nahiyəsindən yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumatlara görə, hadisəyə səbəb E.Mehraliyev oğurluq məqsədi ilə başqasının evinə daxil olan zaman ev sahibinin onun üzünə qaynar su atması olub.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir