Ərdoğandan sərt mesaj: Nə vaxt işimiz bitsə, o zaman Suriyadan çıxacağıq!

Kürdlərlə problemimiz yoxdur, əsas problem terror dəhlizinin yox edilməsidir.

Azadinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Afrin əməliyyatından geri addım atmayacağıq. Bunun qarşılığını ödəyəcəklər. Bu məsələdə iradəmiz ortadadır. Afrin həll olacaq. Afrindən geri çəkilməyəcəyik. Sərhədlərimiz boyunca yaradılması istənən, ərazi bütövlüyümüzə təhdid olan terror dəhlizinə ilk xəncəri “Fərat qalxanı” əməliyyatında vurduq.

Amerika bu bölgəyə 6 min TIR silah gətirib. Bütün bunlar haralara dağıdıldı? Bu terror təşkilatlarına verildi. Bu gün Suriyanın şimalında Amerikanın 20-yə yaxın bazası var.

Bütün dünyaya elan edirəm: Bizim heç kimin torpağında gözümüz yoxdur. Hamımızın gözü qarşısında Suriya torpaqlarının bir qismi üzərində bölgə xalqlarının tarixi reallıqları ilə heç bir əlaqəsi olmayan bir şey yaratmağa çalışırlar. Bu, Suriya, İraq, İran və bütün bölgəmiz üçün təhdiddir.

Amerika deyir ki, Afrin əməliyyatının müddəti bəlli olmalıdır, çox uzun çəkməməlidir. Əfqanıstanda sizin əməliyyatınızın müddəti bəlli oldumu? İraqda bitdimi bu müddət? Hələ də İraqdasınız. Nə vaxt işimiz bitsə, o zaman Suriyadan çıxacağıq”, – deyə o bildirib.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir