Misir hakimiyyəti Qüdsü İsrailin paytaxtı kimi tanıdı – Şok iddia

Misir hakimiyyəti ABŞ Prezidenti Donald Trampın Qüds qərarı ilə razılaşıb.

Azadinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə “Nyu York Tayms” qəzeti çıxış edib.

Belə ki, qəzetin əldə etdiyi məlumatda Misirin kəşfiyyat xidmətinin adı çəkilməyən əməkdaşı ölkənin öndə gedən televiziya kanallarının rəhbərlərinə və aparıcılarına xəbərdarlıq edərək Qüds məsələsinə daha az yer verməyi məsləhət bilib.

“İctimaiyyətə açıq şəkildə İsraili qınayacağıq. Lakin Qüds məsələsi çox da önəmli deyil. İzləyicilərinizi buna kökləyin. Rəmallahın Qüdsdən nə fərqi var ki?” – deyə məlumatda bildirilib.

Qeyd edək ki, qəzetin bu iddiası ilə bağlı Misir hökuməti rəsmi açıqlama yayıb və açıqlamada deyilib ki, bunlar naməlum şəxsin qeyri-müəyyən səs yazılarıdır.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir