Ancaq Varlıların Yeyə Bildiyi 8 Bahalı Qida

Bəzi şeylər var ki, yemək bir tərəfə, heç ömrünüz boyu onları görə bilməzsiniz. Həmin şeylərlə tanış olun. (heç olmasa burda) 😀
1. Almaz Kürü


Kürünün dünyanın ən ləzzətli qidalarından olduğu bilinir. Ancaq Almaz Kürüsü, Beluga Balığının yumurtasından əldə edildiyinə görə dünyanın ən bahalı 10 qidası siyahısında yer alır. Bu xüsusiyyəti sayəsində yalnız 500 qramının qiyməti 8400 dollar ilə 15500 dollar arasında dəyişir.

2. Yubari Qovunu


Yaponiyada özünəməxsus bir meyvə olan Yubari Yemişi görünüş etibarilə digər qovun növlərinə bənzəsə də, yalnız 1 ədəd satış qiyməti kiçik bir sərvətə uyğun gəlir. Yubari Yemişi satın almaq istədikdə 26 min dollarınızdan keçməyiniz lazımdır.
3. Quş Qəfəsi Şorbası

Çin mətbəxinə xas ləzzətli bir yemək növü olan Quş Qəfəsi Şorbası, Honq Konq şəhərində servis edilən bir çox restoranda yalnız 1 kasada 30 dollardan başlayan qiymətlərə satılır və 1 kilosu isə 910 dollar ilə 4535 dollar arasında dəyişir.

4. Kobe Bifşteksi

Wagyu mallarından əldə edilən Kobe Bifşteksi, dünyanın ən bahalı 10 yeməyi siyahısında olmağıyla yanaşı, həmçinin dünyanın ən yağlı ətidir. Kobe Mal Ətinin 1 kiloqramı 1000 ilə 1500 dollar arasında dəyişir.

5. Densuke Qarpızı


Olduqca ləzzətli bir dada sahib olan və inanılmaz dərəcədə sulu Densuke Qarpızını dünyanın ən bahalı 10 qidası siyahısına salınmasında səbəb yəqin ki, satış qiymətinin 6300 dollar olmağıdır.

6. Durian

Meyvələrin kralı olaraq da bilinən Durian pis bir dada sahib olmağına rəğmən 1 ədədi 200 dollardan satılır. İyrənc bir dadı olan Durian meyvəsi bir çox ölkələrdə həddindən artıq istehlak olunan məhsullar arasındadır.

7. Zəfəran

Bunun 1 kiloqramının qiyməti keyfiyyət fərqlərinə və bazarda tələbata görə 1000-10000 dollar arasında dəyişir.

8. Ağ Yer Göbələyi

Ağ yer göbələyini dünyanın ən bahalı qidaları arasına daxil edən xüsusiyyəti isə onun 1 kilosunun 2720-8400 dollar arasında dəyişməsidir.

kenquru.az

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir