Güney Azərbaycanda hökumət qüvvələri aksiyaçıların qarşısından qaçdı – VİDEO

Güney Azərbaycanın Zəncan şəhərində on minlərlə insanın hakimiyyətə qarşı qatıldığı etirazlarda motosiklet sürən silahlı hökumət qüvvələri azərbaycanlı aksiyaçıların qəzəbindən vahiməyə düşərək qaçmaq məcburiyyətində qalıblar.

Azadinfo.az Cebhe.info-ya istinadən xəbər verir ki,hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan videolardan birində hökumət hüquq-mühafizə qüvvələrinin xüsusi təyinatlı əməkdaşlarının qorxuya düşərək aksiyaçıların əlindən qaçması öz əksini tapıb. Həmin videoda azərbaycanlı etirazçılar “Bişərəf, Bişərəf” şüarı səsləndirərək rejim muzdlularını qaçmağa vadar edirlər.

İranın 20-dən çox şəhərində ölkənin ağır və acınacaqlı iqtisadi durumuna, rejimin müdaxiləçi daxili və xarici siyasətinə qarşı keçirilən etirazlarda dini lideri Əli Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə qarşı ölüm şüarları səsləndirilib. Xalq etirazları səngimədən davam edir.

Müşfiq Abdulla

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir