Türkiyədə Azərbaycanlı tələbələr dəstə qurub quldurluq etdi – VİDEO

Türkiyənin Kastamonu Universitetində təhsil alan 8 azərbaycanlı tələbə Azərbaycandan gələn digər tələbələrə qarşı quldurluq etdikləri üçün təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

“A24.az”ın Türkiyə KİV-dən əldə etdiyi məlumata görə, 8 azərbaycanlı tələbə universitetə yeni gələn birinci kurs tələbələrindən zor gücünə və təhdid etməklə pullarını, müxtəlif qiymətli əşyalarını alıblar.

Türkiyənin Polis İdarəsi həbs edilən 8 azərbaycanlı tələbənin ad və soyadlarının baş hərflərini də açıqlayıb. Bunlar E.E, F.A, N.A, R.A, M.Y, S.M, H.A. və S.R adlı tələbələrdir.

Tələbələrin izinə düşən İctimai Təhülkəsizlik üzrə Şöbə Müdirliyi dəstə üzvlərinin sonuncu dəfə azərbaycanlı bir təbələnin barmağını qırdığı, planşet və fotoaparatını əlindən aldıqlarını üçün nəzarətə altına alıb.

Axtarışlar zamanı şübhəlilərin yaşadıqları məkandan qandal, beysbol taxtası, bıçaq və şok cihazı ələ keçirilib.

8 azərbaycanlı təbələ dəstəsi haqqında prokurorluqda cinayət işi başlanılıb.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir