Pasport üçün saqqalla şəkil çəkdirmək olarmı?

Bu dəfə təqdim edəcəyimiz mövzu şəxsiyyət vəsiqəsi alınan zaman çəkilən fotoşəkillə bağlıdır.

Qadın hicabla şəxsiyyət vəsiqəsi üçün şəkil çəkdirə bilərmi?
Azadinfo.az Femida.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Pasport haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 3.8-ci bəndinə əsasən vətəndaşın fotoşəkli Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun formada pasportu verən orqanda çəkilir. Həmin təşkilatın 9303 nömrəli sənədində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri göstərilib.

Həmin nümunələrdə fotoşəklin başörtüyü ilə çəkilməsinin yolverilməzliyi, lakin istisna hal kimi səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların olduğu da qeyd olunub. Həmin hallar dini adətlər, tibbi göstərişlər və s. ola bilər.

Azərbaycan Respublikasının qanunvericiliyində həmin müstəsna hallar nəzərdə tutulmadığından, ümumvətəndaş pasportunun alınması zamanı fotoşəkil başıaçıq formada çəkilir.

Ümumvətəndaş pasportu üçün vətəndaş saqqallı şəkil çəkdirə bilərmi?

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən bildirilib ki, qanunvericilikdə vətəndaşın saqqalla şəklinin çəkilməsinə dair qadağa nəzərdə tutulmayıb. Əgər vətəndaş gündəlik həyatda saqqal saxlayırsa, saqqalla şəkil çəkdirə bilər.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir