Daha bir sahibkar edilən zülmə dözməyib dilə gəldi. Göyçayda nə baş verir

Saytımızın elektron poçtuna “Göyçay-Avtonəqliyyat” ASC-nin İdarə Heyətinin sədri Arif Əliyevin ünvanladığı məktubda  ona qarşı Göyçay RİH Başçısı Mehdi Səlimzadə tərəfindən edilən xəyanətkar əməllərini işıqlandırmğı xaiş edilib. Məlumatı olduğu kimi sizlərə təqdim edirik

 

Sahibkarların qənimi olan icra başçısı.

Hörmətli media nümayəndələrinə müraciət!

Göyçay RİH Başçısı Mehdi Səlimzadə 100-dən artıq səhmdarı və işçisi olan rəhbəri olduğum
“Göyçay-Avtonəqliyyat” ASC və 500-dən artıq kiçik sahibkarların fəaliyyət göstərdiyi “AVA-N”
MMC-yə qarşı 24 aprel 2017-ci il tarixdən etibarən öz xəyanətkar əməllərini davam etdirir. Ölkə
prezidenti çıxışlarında bildirir ki, “ölkəmizin iqtisadiyyatının inkişafı sahibkarlığın inkişafından
asılıdır”. O buna mane olanları xəyanətkar adlandıraraq, onların cəzalandırılmalı olduğunu
deyib. Amma M. Səlimzadə Prezident İlham Əliyevin nə tapşırıqlarına, nə də tövsiyyələrinə
məhəl qoymur, əksinə o öz xəyanətlərini davam etdirərək rayonda kiçik və orta sahibkarları
çıxılmaz duruma salıb. (red: bu barədə aidiyyatı orqanlara ətraflı məlumatlar verilib). Ölkə
başçısına rəsmi olaraq 6 dəfə müraciət etməyimizə baxmayaraq Prezident Administrasiyasında
işləyən bizə məlum olmayan maraqlı şəxslər tərəfindən müraciətlərimiz gizlədilmiş və bu
səbəbdən işimizdə ciddi maneələr yaranmışdır.

Ölkə başçısı bəyan edib ki, “jurnalistlər onun dostu və köməkçiləri olaraq vətəndaşların
problemlərinin mənə çatmasında yardım edirlər, biz də müvafiq tədbirlər görürük”.Sizdən
xahişim budur ki, Göyçayda sahibkarlara qarşı Göyçay RİHnin Başçısı tərəfindən olan basqının
dayandırılması üçün bizim səsimizi ölkə başçısı cənab İlham Əliyevə çatdırasınız. Vaxtında
müvafiq tədbirlər görülməzsə, 100-lərlə ailənin çörəksiz qalacağı qaçılmaz olacaq.

   Öncədən Sizə təşəkkür edirəm, hörmətlə “Göyçay-Avtonəqliyyat” ASC-nin İdarə Heyətinin
sədri Arif Əliyev.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir