Ekstrasens Zirəddin Rzayev studiyadan qovuldu — VİDEO

Zirəddin Rzayev Rusiya telekanalında yayımlanan “Mujskoe/Jenskoe” şousuna ekspert qismində dəvət edilib.
“Ölkə.Az” xəbər verir ki, veriliş vaxtı fırıldaqçıların özlərini ekstrasens kimi qələmə vermələri, insanlardan pul almaları müzakirə edilib. Amma Qordon çəkiliş vaxtı Zirəddini studiyadan qovub.

Zirəddin düşünür ki, çəkilişin bir hissəsi verilişdən montaj vasitəsilə çıxarılacaq. Bu səbəbdən Rzayev “YouTube” kanalında baş verənləri video çarx şəklində yayımlayıb:
“Mən Birinci Kanala hörmətlə yanaşıram. 8 noyabr tarixində “Mujskoe/Jenskoe” verilişinə qonaq qismində dəvət edildim. Bu zaman çox xoşagəlməz hadisə baş verdi. Mən inanmazdım ki, ictimai şəxs özünü belə apara bilər. Mən Qordonun davranışlarından şoka düşdüm. Onlr məni efirə çağırdılar, qəribədir ki, səbəbsiz yerə studiyadan qovdular. Qordon mənimlə müzakirə apara bilmədi, kifayət qədər intellekti olmadığı üçün mənimlə söhbət edə bilmədi. O, mənə psixopat dedi. Mən isə bildirdim ki, psixopat uşaq meydançasında it görsə, ona atəş açacağını deyən adamdır. Verilişlərin birində bu qalmaqallı nümunəni Qordon özü səsləndirib. Qordon məni studiyadan qovdu. İnsanlar öz zəif tərəflərini göstərəndə bu onların zəif olduğu mənasına gəlir. Aparıcı məni studiyadan qovanda öz vacibliyini vurğulamaq və məni təhqir etmək istədi. Əslində o özünü təhqir etdi. Hörmət edib-etməmək insanın şəxsi işidir. İnsanlara hörmətlə yanaşmaq isə tərbiyə məsələsidir. Düşünürəm ki, aparıcı skit, təmkinli və tərəfsiz olmalıdır. Siz elə bil ki, məhkəmədə məni dindirirdiniz. Amma sübutunuz yox idi. Mənim bir neçə ali təhsilim var, klinikada işləyirəm. Tənqid edirdiz, amma bu özəl klinika olsa da, onun dövlət lisenziyası var. Düşünürsünüz ki, özəl klinikada müalicə alanlar təhsilsiz insanlardır? Niyə görə özəl klinikalara bu qədər mənfi münasibət göstərirsiniz? Mən reaksiya vermək istəmirdim, amma dostlar dedi ki, efirdə məni studiyadan necə qovduqlarını göstərməyəcəklər. Amma mən çox istəyirəm ki, göstərəsiniz. Qordon bu hərəkətlə özünü təhqir etdi”.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir