Türkiyə və İrandan birgə qərar: Kürdüstan müstəqilliyini elan etsə…

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan İrana rəsmi səfər edib.

Azadinfo.az Xeber365.com-a istinadən bildirir ki, hava limanında R. T. Ərdoğanı İranın sənət, mədən və ticarət naziri Məhəmməd Şəriəti və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar qarşılayıb. Səfərdə Türkiyə prezidentini xarici işlər naiziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybəkçi, enerji naziri Barat Albayrak, gömürk və ticarət naziri Bülənt Tüfəkçi, daxili işlər naziri Süleyman Soylu və digər rəsmilər müşayiət edirlər.

Bir az əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğnla iranlı həmkarı Həsən Ruhani arasında görüş olub. Tehranda keçirilən görüşdə İraqın şimalındakı kürd muxtariyyatı müstəqillik elan edərsə, Türkiyə, İran və İraqın bölgədə birgə hərbi əməliyyat keçirəcəyi barədə razılıq əldə olunub.

Məlumata görə, dövlət başçıları İraqla Suriyanın ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər.

R.T.Ərdoğan və H.Ruhani Türkiyə və İran arasında ticarət həcminin artırılmasını da razılaşdırıblar.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir