4 yaşlı uşağı zorlayaraq ölümcül hala saldı – Naxçıvanda dəhşətli hadisə

Naxçıvanda dəhşətli hadisə baş verib.

A24.Az xəbər verir ki, hərbi xidmətdən yeni dönmüş şəxs iştirak etdiyi toy məclisində sərxoş olduqdan sonra 4 yaşlı qız uşağını nənəsinin yanına aparmaq adı ilə məclisdən uzaqlaşdırıb.

Daha sonra onu yaxınlıqdakı dəmir yolunun kənarına apararaq bir neçə dəfə zorlayıb. Yaxınlıqdan keçən şəxs uşaq çığırtısı eşidib və manyakı yaxalayıb.
Məlumata görə hazırda uşaq ölümcül haldadır.
A24.Az-a daxil olan məlumata görə azyaşlının atası hazırda şokdadır və nitqini itirib. Şahidlərin saytımıza verdiyi məlumata görə manyakı əhali ələ keçirib, əllərini və ayaqlarını yandırıb. Cinsiyyət orqanını kəsib. Daha sonra polis manyakı insanların əlindən alaraq həbs edib.
Hadisə hələki rəsmi orqanlar tərəfindən təsdiqini tapmayıb. Qeyd olunanların həqiqi olub olmadığı istiqamətində araşdırmamızı davam etdiririk.

Məsələ ilə bağlı açıqlama verən DİN-in KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İlham Babayev baş verən hadisənin təsdiqini tapdığını bildirdi:

“Doğrudur, hadisə baş verib. Prokurorluq tərəfindən baş verən faktla bağlı araşdırma aparılır”.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir