Kriminal avtoritet ”Piter Elçin” azərbaycanlı biznesmenin toyunda – VİDEO

Kriminal avtoritet “Piter Elçin” ləqəbli Elçin İsmayılovun toy məclisində maraqlı görüntüləri yayılıb. Azadinfo.az  Criminal.az-a istinadən  xəbər verir ki, 6 ay ərzində iki qardaşı qətlə yetirilən ”Piter Elçin” bir neçə il əvvəl azərbaycanlı biznesmenin toy məclisində iştirak edib. O, həmin toyda öldürülən qardaşı Fariz İsmayılovla rəqs edir.
“Piter Elçin”in 1979-cu il təvəllüdlü qardaşı Fariz İsmayılov ötən il dekabrın 21-də Masallı rayonunun Türkoba kəndi yaxınlığında öz avtomobilində qətlə yetirilib.

4 qardaş olan İsmayılovlardan artıq ikisi kriminal aləmdəki hesablaşmaların qurbanı olub. Qardaşlardan yalnız “Piter Elçin” kriminal aləmdə söz sahibi olsa da, hesablaşmaların qurbanları onun qardaşları olub.

Belə ki, ilk olaraq onun qardaşlarından Marif ötən ilin iyununda Sant-Peterburqun əsasən azərbaycanlıların nəzarətində olan Sofiysk meyvə-tərəvəz bazarında güllələnərək qətlə yetirilmişdi. 6 ay keçməmiş isə Fariz İsmayılov güllələndi. “Piter Elçin”dən başqa sağ qalan digər qardaş isə xəstəlikdən əziyyət çəkir və hazırda doğulduğu Lənkəran rayon Boladi kəndində yaşayır.

Qətlə yetirilən hər iki qardaş ticarətlə məşğul olub. Onların kriminal aləmlə əlaqəsinin olmadığı məlum idi. Maarif meyvə-tərəvəz bazarında öldürüldü. Fariz isə 2012-ci ildən Azərbaycanda idi. Hər ikisi öz işləri ilə məşğul idi. Fariz Lənkəranda özünün və qardaşlarının ailəsinə baxırdı. Bu qətlləri isə “Piter Elçin”lə düşmənçiliyi olan şəxslər sifariş verib. Ona yaxın düşə bilməyənlər qardaşlarını öldürdülər. Bu qətli törədənlər də, sifariş verənlər də bilir ki, Maarif və Fariz kriminal aləmdən uzaq insanalr idi.

Sonuncu qətlin təfərrüatlarına gəlincə. Qətli törətdiyini deyən Lənkəran sakini, 24 yaşlı Murad Quluzadə könüllü olaraq polisə təslim olub. O, cinayəti törətdiyi İsrail istehsalı olan “UZİ” markalı avtomat tapançanı və 7 ədəd gülləni polisə təhvil verib. Hadisə yerindən isə 25 ədəd giliz tapılıb.

Fariz evdən çıxıb qonşu kənddəki mağazanın qarşısında maşınını saxlayıb. Marketə siqaret və kontur almaq üçün girib. Arxadan gələn “06” Farizdən bir az aralıda dayanıb. Həmin maşında olanlardan biri – üzü saqqallı olan da Farizin arxasınca marketə girib. O, da marketdən alış-veriş edib, Farizdən sonra çıxıb. Fariz maşına oturmaq istəyəndə arxadan gələn Murad Quluzadə ona atəş açmağa başlayıb. Fariz ilk güllələrdə özünü itirməyib. Maşının qapısını itələyərək, ona təpik atıb. Bir az büdrəyən Murad yenə də ona atəş açmağa davam edib. Güllələrdən biri Farizin başına dəyib. Elə oradaca keçinib.

Video görüntülərdən məlum olub ki, qətlin törədilməsində iştirakında şübhəli bilinən digər – saqqallı şəxs isə marketdən çıxdıqdan sonra soyuqqanlı şəkildə Fariz İsmayılovun avtomobilinə yaxınlaşıb. Maşının içinə boylanan şəxs daha sonra iti addımlarla hadisə yerindən uzaqlaşıb. Qətli törədən Murad isə gəldikləri maşına minərək hadisə yerini tərk edib.

Murad Quluzadə bir neçə il əvvəl Moskvada qətlə yetirilən kriminal avtoritet Amil Lənkəranskinin əmisi oğludur. Amil isə Rövşən Lənkəranskinin yaxın adamlarından biri idi. Onun qətlində “Piter Elçin”in adı hallanır. Kriminal qruplaşmalar arasında qanlı hesablaşmaların cavabı olaraq Amilin ölümünə görə əvvəlcə Maarif İsmayılov, ardınca isə Fariz İsmayılov qətlə yetirildi. Hər iki qətlin qan davası olduğu qeyd edilir.

 

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir