Sumqayıtın “Şərq bazarı” sökülür – VİDEO

Sumqayıtda Şərq bazarı kimi bilinən ticarət mərkəzi sökülür. Uzun illərdir baxımsız vəziyyətdə olan bazarın yerində müasir ticarət mərkəzi tikiləcək.
Xeberle.com xezerxeber.az-a istinadən bildirir ki, artıq işlərə başlanılıb, satıcılar mallarını yığışdırır.
Şəhərin 9-cu mikrorayonunda yerləşən, təxminən 1 hektar ərazini əhatə edən Şərq bazarı kimi tanınan ticarət mərkəzi sökülür.
Sökülməyə səbəb kimi bazar daxilində və ətrafındakı şəraitsizlik göstərilir.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov aidiyyati qurum rəhbərləri ilə birlikdə ticarət mərkəzinə baxış keçirib. Əvəzində müasir görünüşlü böyük ticarət mərkəzinin tikilməsinə qərar verilib.
Memarlıq və Şəhərsalma İdarəsindən bildirilib ki, bazarda çalışanlar müvəqqəti olaraq digər ticarət mərkəzlərinə köçürüləcək. Layihə əsasında tikiləcək bazar hazır olduqda isə həmin sahibkarlar təmənnasız olaraq öz yerlərinə qaytarılacaq.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir