Milli komandada “hamilə” qalmaqalı: “Bu, böyük bir şərəfsizlikdir”

Azərbaycan ağır atletika üzrə qadınlardan ibarət yığma komandasının üzvü Xumar Məmmədova ilə bağlı şok məlumat yayılıb. Yayılan məlumatda atletin 7-8 aylıq hamilə olması səbəbdən millidən qovulduğu deyilir.

Bundan başqa, xanım idmançının uşağının atasının şəxsi məşqçi Kərim Kərimlinin olduğu da yayılan xəbərdə iddia olunur.

Yeniçağ.Az-a açıqlama verən Kərim Kərimli sonuncu iddia ilə razılaşmayıb. O, məsələyə belə münasibət bildirib:

“Mən heç kimin şəxsi həyatına qarışa bilmərəm. Amma mənim adımın hallanması böyük bir şərəfsizlikdir, ləyaqətsizlikdir. Qadınlardan ibarət millimizin məşqçisinin mənə verdiyi məlumata görə, o, hər axşam telefonla danışırmış. Mənə dedi ki, hər gün telefonla danışır. Cavab olaraq dedim ki, mən nə bilim kimlə danışır? 10-15 gün qabaq bilmişəm ki, belə bir məsələ var. Mən də dedim ki, rədd edin getsin. Onu da həmin vaxt rayona yola saldılar. Bəli, hamilə olub. Ona rayonda məşq keçmişəm. Bir ildən çoxdu ki, Xumarı görmürəm. Kiminsə şəxsi həyatına qarışa bilmərəm. Gedib camaatın qarnını güdməyəcəm ki, onun qarnında uşaq var, yoxsa yox. Xəbəri yazan saytların adını yazıb götürmüşəm. Uşaq dünyaya gələndən sonra onlara təzminat ödətdirəcəm. Bu, elə-belə iş deyil. Xumar nəvəm yaşındadı”.
Azərbaycan Ağır Atletika Federasiyası İslam Oyunlarına hazırlaşan atlet Xumar Məmmədovanın 8 aylıq hamilə olması ilə bağlı mətbuatda yayılan qalmaqallı məlumatlara aydınlıq gətirib. Federasiyanın mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev azvision.az-a bildirib ki, bu məlumatlar tamamilə yalnışdır.

“Biz çox çətinliklə komanda yaradırıq. Sonra da kimlərinsə böhtanına məruz qalırıq. Heç bilmirəm belə qarayaxma kimə lazımdır. Yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu federasiyamıza qarşı təxribatdır. Xanım hamilə olsa belə onu məşqçinin üzərinə yıxmaq, federasiyanın adından çıxış etmək biabırçılıqdır”.

Xumar Məmmədovanın yarışlarda iştirak edib-etməyəcəyinə gəlincə, K. Məstəliyev deyib:

“Xumar xanım yarışlarda iştirak etməyəcək. Bunun səbəbi haqqında konkret məlumatım yoxdur. Bütün hallarda yazılanlar absurddur, etik qaydalara sığımır. İdmançı xanımın niyə hədəf götürülməsini bilmirəm”.

Qeyd edək ki, KİV-də yayılan məlumatlara əsasən İslam Oyunlarına hazırlaşan atlet Xumar Məmmədova komandadan qovulub. Buna səbəb kimi onun hamilə olduğunu gizlədərək məşqlərə qatılması göstərilib. Uşağın atasının idmançının şəxsi məşqçisi olduğu iddia edilir.

bizimyol.info

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir