Erməni kəşfiyyatına işləyən hərbçilərlə bağlı daha bir şok – Şəhidin seyfindən oğurluq edilibmiş

Qurban Məmmədov: “Açıq deyirəm: sonrakı təltiflər bizi susmağa məcbur etdi”

“Şəhid qardaşım oğlu Rasim Məmmədov “Lələtəpə”də həlak olmamışdan qabaq mənə bəzi zabit yoldaşlarından ermənilərlə, rus kəşfiyyatı ilə əməkdaşlıq etmələrindən şübhələndiyini, çox ciddi faktlar topladığını bildirmişdi. O, şəhid olduğu gün, meyidi döyüş meydanından çıxarılmamış, hərbi hissədəki iş otağına girilmiş, seyfi oğurlanaraq yandırılmış, çölə atılmış və hərbi hissənin həyətində saxladığı “JİQULİ” markalı maşınında kimlərsə əl gəzdirmişdi.”

 

Bu sözləri aprel döyüşlərində şəhid olan mayor Rasim Məmmədovun əmisi, tanınmış hüquq müdafiəçisi Qurban Məmmədov, DTX, DİN və Baş Prokurorluğun birgə əməliyyatı nəticəsində Tər-Tərtərdə erməni kəşfiyyatına cəsusluq edən bir qrup hərbçinin və mülkü vətəndaşın həbsi ilə bağlı açıqlama verəkən qeyd edib.
Qurban Məmmədov onu da qeyd edib ki, həmin ərəfələrdə israrlı şikayətlərindən sonra istintaq aparıldı:

“Və… guya öz telefonlarını götürmək üçün şəhid mayorun iş otağına girən oğru əsgərlər ifşa edildi. Ancaq bir sual hələ də məni düşündürür: həmin hərbi hissədə ermənilər də eyni qaydada oğurluq edə bilməzdilərmi? Başdı-başınalıqdır. Bu necə hərbi hissədir? Bu hərbi hissənin komandirləri hara baxırmışlar ki, şəhid mayorun iş otağında, maşınında oğurluq edilir?

Açıq deyirəm: sonrakı təltiflər bizi susmağa məcbur etdi.

Bəlkə də, bu gün ifşa edilən xəyanətkarlar olanın cüzi hissəsidir. Ordumuzda ciddi problemlər var. Rüşvət və korrupsiya burada da öz işini görüb. Olduqca ciddi və köklü tədbirlər alınmalıdır.”

moderator.az

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir