Türkiyədə avtobus sürücüsünü qanına qəltan edən azərbaycanlı qadın – VİDEO

Türkiyənin Tekirdağ şəhərində azərbaycanlı qadın avtobus sürücüsünü bıçaqlayıb.

İstiPress Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ferhan Yakın adlı şəxsin idarə etdiyi 59 ZC 475 dövlət nömrə nişanlı avtobusdan istifadə edən azərbaycanlı Mansurə Əlizadə Mühittin məhəlləsində məlum olmayan səbəbdən sürücü ilə mübahisə edib.

Mübahisə davaya çevrilib və M. Əlizadə çantasında gəzdirdiyi bıçaqla sürücünü sinəsindən yaralayıb. Sürücünün yaralandığını görən sərnişinlər polisə və təcili yardıma zəng vurublar.

Yaralı sürücü təcili yardım maşını ilə Çorlu Dövlət Xəstəxanasına çatdırılıb. M. Əlizadə isə polis tərəfindən saxlanılıb.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir