Bu gündən etibarən Azərbaycanda avtomobillərdə pərdə və jalüzlərin istifadəsinə icazə verilir

Bu gündən etibarən Azərbaycanda avtomobillərin arxa qapılarındakı şüşələrə jalüz tipli pərdə vurulmasına icazə verilir.

Azadinfo.az SalamNews-a istinadən xəbər verir ki, Azərbaycanda hava şəraitini nəzərə alan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin 15 aprel 2013 cü il tarixli əmri ilə “Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi, ümumi texniki şərtlər” dövlət standartına edilən dəyüşiklik hər il olduğu kimi bu il də mayın 1-dən qüvvəyə minir. Bu qərar noyabrın 15-dək qüvvədə qalacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücülər avtomobillərində yalnız standartların tələbinə uyğun olan jalüzlərdən istifadə edə bilər.

Bildrək ki, artıq bazarda jalüz və pərdələrə təlabat artıb. Qiymətlər isə məhsulun keyfiyyətindən asılı olaraq müxtəlifdir. Satıcıların sözlərinə görə, ötən illə müqayisədə pərdə və jalüzlərin qiymətində artım müşahidə olunur. Avtomobillərə plyonkaların vurulması isə qadağandır.

Nəqliyyat vasitələrinin ban şüşələrinə qanunla tətbiqinə icazə veriləməyən ötrüklərin çəkilməsinə görə isə sürücülər 150 manat miqdarında cərimə olunacaqlar. AZS Standartdına əsasən avtomobilin ön şüşəsinin şəffaflığı minumum 75 faiz, qabaq yan şüşələr 70 faiz, arxa yan şüşələr isə 60 faiz olmalıdır. Bu qaydalara riayət etməyənlərin avtomobili cərimə meydançasına aparılacaq. Yalnız şüşələr standartlara qaytarıldıqdan sonra onun istifadəsinə icazə veriləcək.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir