Rusiyada Kunaşak gölünün üzəri tonlarla ölü balıqla örtülüb (VİDEO)

Rusiyanın Çelyabinsk vilayətindəki Kunaşak gölünün səthi tonlarla ölü balıqla dolub.

SalamNews-un verdiyi xəbərə görə, ölmüş balıqların qoxusu göldən xeyli uzaq məsafədən hiss olunur.

Yerli sakinlər buna görə su mənbəyinin icarədarlarını ittiham edirlər.

Ekoloji fəlakəti əks etdirən video material yerli sakin, ekoloq Rüstəm Həsənov tərəfindən “YouTube” video portalında dərc edib. O, bildirib ki, icarədarlar bahalı balıq növləri yetişdirmək üçün göldə mövcud olan karp, dabanbalığı, xanı balığının kökünü kəsmək istəyiblər və bu məqsədlə gölə zəhərli kimyəvi maddə töküblər.

Ekoloqların qiymətləndirmələrinə əsasən, ölmüş balıq kütləsi təxminən 1 metr dərinliyində sahəni əhatə edir, ümumi çəkisi isə təxminən 100 tondur.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir