Bütün boks dünyasının gözlədiyi Entoni Coşua və Vladimir Kliçko görüşündə nokaut qeydə alınıb + VİDEO

Britaniyalı boksçu Entoni Coşua IBO, IBF və WBA versiyaları üzrə çempion titullu görüşdə ukraynalı boksçu Vladimir Kliçkonu məğlub edib.

Enter.News-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Coşua Kliçkonu 11 raunda texniki nokautla məğlub edib.

Bu qələbə indiyədək məğlub olmayan Coşuanın karyerasında sayca 19-dur. Kliçko isə 69 görüşdən 5-də məğlub olub.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir