Ələt-Astara yolunda polis maşını ilə “Mercedes”in toqquşması nəticəsində ölənlərin adları məlum olub -VİDEO

Ələt-Astara yolunun Salyan rayonundan keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin adları məlum olub.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Salyan rayon sakini, polis əməkdaşı Məmmədyarov Natiq Nifti oğlunun idarə etdiyi DYP maşını ilə Astara rayon sakini, 1948-ci il təvəllüdlü Axundov Azad Qüdrət oğlunun idarə etdi “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində hər iki sürücü, bundan başqa, avtomobillərdə olan sərnişinlər – Bakı şəhər sakinləri, 1950-ci il təvəllüdlü Əhmədov Allahverdi Ağəli oğlu, 1986-cı il təvəllüdlü Sadıqov Ülvi Səməd oğlu, 1982-ci il təvəllüdlü Dadaşov Elçin Kazım oğlu, YPX əməkdaşı, Salyan sakini, 1988-ci il təvəllüdlü Əliyev Elnur Zakir oğlu, Bakı sakini 1963-cü il təvəllüdlü Mahmudov Emil Teymur oğlu xəsarət alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan Azad Axundov və Emil Mahmudov xəstəxanada ölüb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat açıqlayıb. Məlumatda bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ələt-Astara avtomobil yolunun 45-ci km-də, Salyan rayon ərazisində “BMW” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Muğan Reqional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 13:15-də başa çatıb.

 

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir