Azərbaycanda “oğru dünyası”ndan ƏDALƏTLİ QƏRAR – Həbsdəki adama…

Həbsdə olan adamın adından istifadə edən şəxsə təzə maşın aldırıblar

Bakıda həbsdə olan bir şəxsin adından istifadə edən Oruc adlı şəxsə qeyri-adı cəza verilib. Azadinfo.az bildirir ki bu barədə Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə bir müddət əvvəl baş verib. Həmin şəxs Səbail rayonu ərazisindəki avtomobil təmiri sexinə “VAZ-2107” markalı avtomobil gətirib və təmir etdirmək üçün ustaya verib. Bir neçə gündən sonra isə maşını götürməyə gəldikdə usta ilə mübahisə edib və görülən işlərdən razı qalmadığını, maşının pis vəziyyətə salındığını deyib. Daha sonra isə “oğru dünyası”nın nümayəndəsi olduğunu deyərək əlavə edib ki, bu avtomobil hazırda həbsdə olan bir nəfərindir. Ustanı “yükləməyə” çalışan Oruc adlı şəxs onun böyük günah işlədiyini bildirib və yeni “07” avtomobili alıb verməsini tələb edib. Bunu ustanın boynuna zorla qoyaraq bir neçə gün vaxt verib. Usta isə tanıdığı bir neçə nəfərlə bu barədə danışandan sonra məsələ Sumqayıtda oğru dünyasının nümayəndələri arasında müzakirəyə çıxarılıb və ədalətli qərar verilib. Aydın olub ki, ustanı qorxudub təzə maşın tələb edən şəxs yalan danışıb. Bu səbəbdən Oruca “həmin adamın adını çəkib “maşın onundur” demisənsə, sözünə əməl etməlisən” deyə, təzə avtomobil aldırıblar və hazırda həbsdə olan şəxsin evinə çatdırıblar. Ustaya isə 1000 manat zəhməthaqqı ödətdiriblər. Oruc adlı şəxsa qarşı başqa cəza da verilib.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir