Rövşən Lənkəranskinin qətlə yetirildiyi ”Range Rover”: Salon qan içərisindədir – FOTO+VİDEO

İstanbul şəhərində qətlə yetirilən kriminal avtoritet ”Rövşən Lənkaranski” ilə bağlı məlumatlar oxucular tərəfindən maraqlı qarşılanır. Bunu nəzərə alaraq Criminal.az saytına onunla bağlı göndərilmiş fotonu oxuculara təqdim edirik.

Foto kriminal avtoritetin qətlə yetirildiyi ”Range Rover” markalı avtomobilin salonunda çəkilib. Şəkildən görünür ki, avtomobilin salonu qan içərisindədir. Qan izləri əsasən sürücünün oturacağındadır.

Hadisə baş verən zaman maşına hücum əsasən R.Lənkəranskinin əyləşdiyi sağ tərəfdən edilib. Killerlər Lənkəranskini hədəf aldığından atəşi də ona açılıb. Sürücü dərhal yaralansa belə maşından düşüb qaçıb. Görünür Lənkəranski də ona atəş açılan tərəfdən deyil, sürücünün ardınca maşından çıxmaq istəyib, lakin aldığı güllə yaraları buna imkan verməyib və elə sürücünün oturacağında hüşunu itirib.

“Rövşən Lənkəranski” ötən il avqustun 18-də hadisə baş verən yerin yaxınlığındakı oteldə hansısa “sxodka”da iştirak edib qayıdarkən silahlı hücuma mruz qalıb. Naməlum şəxslər onun olduğu avtomobili atəşə tutulub. R.Lənkəranski aldığı çoxsaylı güllə yaralarından dünyasını dəyişib.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir