Qızına 400 minlik toy edən məmuru işdən qovdular – TƏCİLİ!

Qızına 400 minlik toy etməsi ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun işdən çıxarıldığı xəbəri yayılıb

Redaksiyamıza daxil olan məlumata görə, qalmaqallı məmur vəzifəsindən kənarlaşdırılıb və rəsmi sərəncam açıqlanacaq.

Ona töhmət verildiy və işindən azad edildiyi bildirilir. Lakin bazar günü bu məlumat dəqiqləşdirmək mümkün olmayıb.

Q.Şükürov isə deyib ki, yayılan məlumatlar tamamilə yalandır: “Mən və ailəm haqqında yazılanların heç biri doğru deyil. Mən toya çox xərc çəkməmişəm. O toya xərci oğlan evi çəkib. Məndə 400 min haradan idi?

Bu barədə yazılanların hamısı boş söhbətlərdir. Bu məlumatları Elşən Əsgərli yayır. O, qələt edib, yalan danışır. O, narkoman və şərəfsiz adamdır. Onu hamı yaxşı tanıyır. Deyir ki, guya “Porsche” hədiyyə etmişəm və sairə. “Porsche” olsaydı, elə özüm sürərdim də!

Mənim heç bir maşınım da yoxdur. Hazırda gəzdiyim bir maşın var, onu da dövlət verib. İndi kim nə istəyirsə, ağlına gələni danışır. Keçmiş kürəkənim narkomandır, gic adamdır. Narkoman nə danışa bilər?”.

Məsələ mətbuatada böyüyüb və prezidentin qulağına çatıb. Ölkə rəhbərliyinin Q.Şükürova qəzəbləndiyi xəbər verilir.

Orta ranqlı məmurun özfəaliyyəti, dəbdəbəli toyu ciddi hiddət doğurub. Prezident həmişə məmurları təvazökar olmağa çağırıb. Qüdrət Şükürov “Alov qüllələri” kompleksində sürücüsünün adına ev alıbmış.

Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti tərkibindəki “Bakılift-təmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov heç də kiçik oliqarx deyilmiş.

Məlum olub ki, baş direktorun özünün yox, sürücüsünün “adına” nə az-nə çox, düz 5 milyon manatlıq əmlak var. Bu haqda bir müddət əvəvl musavat.com yazıb.
Bu xəbərdən sonra yoxlamalar zamanı “Bakılift-təmir” İstehsalat Birliyinin 8 milyon manatdan artıq vergi borcunun olduğu üzə çıxıb.

Q.Şükürov hazırda tutduğu vəzifəyə 2012-ci ilin yanvarında Bakı meri Hacıbala Abutalıbovun əmri ilə təyin edilib. Ona qədər ilk baxışdan əhəmiyyətsiz görünən bu postu Vaqif Xəlilov tutub.

millixeber.com

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir