Prezidentin açılış etdiyi yoldan möhtəşəm – VİDEO

“Azəravtolyol” ASC ötən gün istifadəyə verilmiş Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolundan gözəl görüntülər yayıb. Azadinfo.az Avtosfer.az-a istinadən xəbər verir ki, yolun açılışında Prezident İlham Əliyev də iştirak edib.

Uzunluğu 18 kilometr olan avtomobil yolu yenidənqurmadan sonra istismara tam hazırdır. Layihə çərçivəsində yolda torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə xüsusi material tökülərək bərkitmə işləri görülüb. Dördüncü texniki dərəcəyə uyğun yenidən qurulan yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlərinin eni hər iki istiqamət üzrə 1,5 metrdir. Layihə çərçivəsində yolboyu müxtəlif diametrli 16 su borusunun tikinti işləri aparılıb, 360 təhlükəsizlik dirəyi, 118 yol nişanı və göstərici lövhələr quraşdırılıb. Həmçinin 25 kilometr uzunluğunda yol cizgi və yol göstərici xətləri çəkilib. 8 min nəfərin yaşadığı altı kəndi birləşdirən Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun tikintisi əhalinin gediş-gəlişini rahatlaşdıracaq, yük və sərnişin daşınmasını xeyli asanlaşdıracaq. Ən əsası isə avtomobil yolu ilə Mingəçevir-Bəhramtəpə, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla əhalinin yetişdirdiyi məhsulları qısa müddətdə bazarlara çatdırmaq imkan yaranacaq. Bu isə öz növbəsində həmin bölgədə kənd təsərrüfatının inkişafına müsbət təsir edəcək.
Görütnülərə baxmağa dəyər…

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir