Trampın ürəyini parçalayan suriyalı Ərdoğanla görüşdü

Əsəd rejiminin kimyəvi hücumunda 9 aylıq əkiz övladını, həyat yoldaşını və qohumlarını itirən Əbdülhəmid Yusif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Azadinfo.az Axar.az-a istinadən xəbər verir ki, görüş zamanı Əbdülhəmid Yusif İdlibdəki hücumdan danışıb. O, belə bir hücumun olacağını heç kimin gözləmədiyini bildirib:

“Dəhşətli hücum idi. Əsədin öz xalqına qarşı kimyəvi silahdan istifadə edəcəyi heç kimin ağlına gəlməzdi”.

Yusif əkiz uşaqlarının cansız bədənin qucaqlayaraq şəkil çəkdirməsini isə belə izah edib:

“Əslində çox pis fotodur. Hər baxdığımda sanki içimdən nələrsə qopur. Fotonu çəkdirməkdə məqsədimiz bu vəhşiliyi hamıya göstərmək idi. ABŞ-ın Əsəd rejiminə qarşı hücumunu dəstəkləyirik. İstəyimiz tezliklə rejimə aid bütün hərbi bazaların məhv edilməsidir. Çünki bunlar yalnız xalqa qarşı istifadə olunur”.

Qeyd edək ki, ABŞ aprelin 7-də Əsəd rejiminin İdlibdə tətbiq etdiyi kimyəvi hücuma cavab olaraq Suriyanın Şayrat bazasına 59 raket zərbəsi endirib. Tramp 9 aylıq əkiz övladını itirən Əbdülhəmid Yusif adlı atanın və hücumda ölən uşaqların ürək dağlayan fotolarını gördükdən sonra Suriyaya hücum əmri verdiyini deyib.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir