Hövsanda iki rəfiqənin dəhşətli ölümü: İntihardakı sirr pərdəsi açıldı – FOTO – VİDEO

Xəbər verirldiyi kimi ötən gecə Bakıda daha bir intihar hadisəsi baş verib. Hadisə Suraxanı rayonu Hövsan qəsəbəsi Elman Qasımov kücəsi ev 21 B-də qeydə alınıb. 11-ci sinif şagirdi, 1999-cu il təvəllüdlü Nərmin Aslanova özünü mətbəxdə quraşdırılmış “turnik”dən asıb.

Cebhe.info əməkdaşı hadisə yerində olub və intiharın səbəblərini öyrənməyə çalışıb. Məlum olub ki, qızın özünə qəsd etməsinin səbəbi bu günlərdə rəfiqəsinin ölümü olub. Qeyd edək ki, təxminən 10 gün əvvəl Hövsan qəsəbəsində əlillər üçün tikilmiş binada güclü külək gənc qızın ölümünə səbəb olub.

Belə ki, E. Qasımov küçəsi ev 14, mənzil 75 ünvanında yaşayan 2000-ci il təvəllüdlü Natəvan Xankişi qızı Quliyeva rəfiqəsi ilə danışmaq üçün eyvana çıxıb. Saçları uzun olduğundan külək onu havaya sovurub və qəfildən qızı eyvandan çölə atıb. N. Quliyeva məhəccərdən tutub və evdəkiləri yardıma çağırıb. Balaca qardaşı onun köməyinə çatsa da, bacısını xilas edə bilməyib. Qız binanın 7-ci mərtəbəsinin eyvanından düşüb.

Əldə etdiyimiz məlumatlara görə, hər iki mərhum yaxın rəfiqə imiş. Onlardan biri bu il ali məktəbə qəbul olmaq üçün imtahan verməyə hazırlaşırmış. Natəvan Quliyevanın ölüm anında telefonla danışdığı rəfiqəsi məhz ötən gecə özünə qəsd edən Nərmin Aslanova olub. Nərmin Aslanova günlərdir ki, rəfiqəsinin ölümündə özünü günahkar bilib. Elə bu səbəbdən də canına qıydığı bildirilir.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir