ABŞ-dan İran və Rusiyaya sərt – Cavab

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının daimi nümayəndəsi Nikki Heyli Prezident Donald Trampın, lazım olarsa, Suriyaya yeni hücumlar təşkil edəcəyini bildirib.

Azadinfo.az Axar.az-a istinadən xəbər verir ki, CNN-ə danışan Heyli Vaşinqtonun Suriya məsələsindəki prioritetlərini belə sıralayıb:

“İŞİD-in məğlub edilməsi, İran təsirinin aradan qaldırılması və Bəşər Əsədin devrilməsi. Əsas məqsəd İŞİD-i məğlub etməkdir. Əsədin hakimiyyətdə olduğu bir vaxtda sülhün olması mümkün deyil. Buna görə də rejimi dəyişmək lazımdır”.

Xatırladaq ki, “İlam əl-Hərbi” saytı tərəfindən nəşr olunan bəyanatda Suriyada aviabazaya raket zərbəsi endirməklə ABŞ-ın Suriyada “qırmızı xətt”i keçdiyi və bundan sonra Suriyaya qarşı hər hansı hücuma cavab veriləcəyi bildirilmişdi.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir