Şəxsiyyəti müəyyənləşən Peterburq terrorçusunun anası deyilənlərə inanmır — VİDEO

Aprelin 3-də Rusiyanın Sankt-Peterburq şəhərində metroda terror aktı törədən Akbarjon Cəlilovun şəxsiyyətini müəyyənləşdirib.

Azadinfo.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, artıq keçirilən DNT ekspertizası şəxsiyyəti təsdiqləyib. Bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

Onun sözlərinə görə, A.Cəlilovun valideynlərinin iştirakı ilə tanınma proseduru keçiriləcək. Bunun üçün terrorçunun anası və atası artıq işə cəlb olunub. Rusiyalı jurnalistlər valideynləri danışdıra bilməyiblər. Lakin jurnalistin “inanırsınızmı, həqiqətən də oğlunuz bu terroru törədib?”, – sualına terrorçunun anası başı ilə “yox” işarəsini bildirib.

Qeyd edək ki, hazırda istintaq Sankt-Peterburqda metroda partlayıcı qurğunu işə salan terrorçunun əlaqələrini araşdırır.

Xatırladaq ki, aprelin 3-də Rusiya vaxtı ilə saat 14:30-da Rusiyanın Sankt-Peterburq şəhərində metroda terror aktı törədilib. Hadisə zamanı 14 nəfər ölüb. Partlayış əsnasında Rusiya prezidenti Vladimir Putin Belorus prezidenti Aleksandr Lukaşenko ilə rəsmi görüş keçirib. Görünən odur ki, partlayış Rusiya prezidentinə bir mesaj olub. Buna səbəb kimi isə Rusiyanın xarici siyasət kursu göstərilir.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir