Həştərxanda yol polislərini qətlə yetirmiş şəxslər məhv edilib (VİDEO)

Həştərxanda aprelin 4-də polis əməkdaşlarına qarşı törədilmiş hücum faktı üzrə axtarışa verilənlərin hamısı öldürülüb.

Azadinfo.az bildirir ki SalamNews-un verdiyi xəbərə görə, bu barədə “İnterfaks”-a Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İrina Volk məlumat verib.

“Rusiya polisi Milli Qvardiya Qoşunları Federal Xidməti və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə birgə Həştərxanda polislərə hücum faktı üzrə axtarışa verilmiş dörd şəxsi zərərsizləşdirib”, – deyə İ.Volk söyləyib.

O bildirib ki, şübhəlilərdən biri gecə saatlarında məhv edilib, bir yaralı isə qaça bilib. Həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində yaralanmış şəxs və axtarışda olan daha iki nəfər tapılaraq zərərsizləşdirilib.

Xatırladaq ki, aprelin 4-də Həştərxanda iki nəfərlik yol-patrul xidməti əməkdaşlarına silahlı hücum törədilib. Silahlı şəxslər polis əməkdaşlarına bir neçə atəş açıblar və polislərin xidməti silahlarını ələ keçirərək qaçıblar. Bir neçə güllə yarası almış polislər hadisə yerində keçiniblər.

 

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir