Savelyev: “7 rayon dərhal azad edilməlidir”

Azərbaycan güclü müstəqil dövlətdir və heç vaxt öz ərazisinə terrorçuları buraxmayacaq.

Azadinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya-Azərbaycan münasibətlərinin 25 illiyinə həsr olunmuş telelkörpüdə çıxışı zamanı Rusiya Dumasının Korrupsiya ilə Mübarizə və Təhlükəsizlik Komitəsinin sədr müavini Dmitri Savelyev söyləyib.

“Biz şadıq ki, bizimlə sərhəddə Azərbaycan kimi güclü xüsusi xidmət orqanları, ordu, əsasən Rusiyadan alınan müasir silahlara sahib olan bütün mənalarda güclü və müstəqil dövlət var. Bu silah həmişə bizim ümumi məqsədlərimiz və ümumi təhlükəsizliyimiz üçün istifadə ediləcək”, – deyə o bildirib.

Deputat Dağlıq Qarabağ konfliktinə də diqqət ayırıb:

“Mən həmişə demişəm və deyirəm ki, işğal olunmuş Dağlıq Qarabağ ərazisi və ətrafındakı 7 rayon dərhal azad edilməli və heç bir şərtsiz Azərbaycana verilməlidir. Bundan başqa, ortada Xocalı qırğını məsələsi də var. Bu məsələyə qarşı dünya siyasi məkanında ikili standartlar mövcuddur. Belə ki, “erməni soyqırımı”nı tanıyan ölkələr Xocalıdakı dəhşətli vandalizm aktına və soyqırıma diqqət etmirlər. Bizim məqsədimiz bu məsələni dilə gətirib, Xocalı qırğınının soyqırım kimi tanınması istiqamətində hərəkət etməkdir. Diqqət edin, Rusiya və Azərbaycan kədərdə də, sevincdə də bir yerdədir”.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir