Gəncədə ailəli kişi qardaşı qızını qaçırtdı

Millət vəkili Qənirə Paşayeva Gəncədə baş verən biabırçı hadisəyə sərt münasibət bildirib.

Azadinfo.azÖlkə.Az” -a istinadən xəbər verir ki, deputat Facebook profilində baş verən hadisəni və hadisə iştirakçılarını qınayıb. Q.Paşayeva həmçinin əmi ilə qardaşı qızınının nikahını kəsən din xadiminin cəzalanmasını istəyib:

“Gəncədə bir “insan”ın öz qardaşı qızını qaçırması, birlikdə yaşaması və dini nigaha daxil olması ilə bağlı yayılmış xəbərləri bir az öncə dəhşət içərisində oxudum. Və hələ də ola bilməz yəqin yanlış məlumat yayılıb deyərək belə bir şeyin baş vermədiyinə inanmaq istəyirəm. Çünki bu çox dəhşətli bir şeydir və onların hər iksinin psixoloji vəziyyətlərinin normal olmadığını düşünürəm. Normal adam belə bir şeyi nəinki etməz, etməyi belə düşünə bilməz. Yayılan məlumatlarda məni dəhşətə gətirən bir məsələ də qardaşı qızı ilə əminin dini nikaha girməsi oldu. Bu məsələ ciddi araşdırılmalıdır və əgər məlumatlar doğrudursa buna yol verən din xadimi dəhşətli bir addım atdığının məsuliyyətini daşımalıdır. Cəmiyyətdə əxlaqi və psixolji deqradasiyaya uğrayan insanların artması ciddi narahatlıq doğurmalıdır. Nə etməli? İndi bu vacib sual ətrafında psixoloqlar, mütəxəssislər fikirlərini bölüşməlidir. Bu cür dəhşətli hadisələrin artmaması üçün.Və cəmiyyət olaraq birlikdə çalışmalıyıq”, – deyə Qənirə Paşayeva yazıb.

Qeyd edək ki, Gəncə şəhərində tükürpədici hadisə baş verib. 3 uşaq atası 38 yaşlı Həsən Səfərov qardaşının 23 yaşlı qızını qaçırıb. Hətta bu azmış kimi, onunla dini nikaha da daxil olub.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir