“Təzə bazar” kül oldu – Video

Bazar yiyəsinin bacısı jurnalistlərə hücum çəkdi
Ötən gecə Bakının Nəsimi rayonu ərazisində yerləşən “Təzə bazar”da güclü yanğın hadisəsi baş verib.

Big.az xəbər verir ki, od tutub yanan bazarın görüntüləri görənləri dəhşətə gətirib. Belə ki, bazarın üst hissəsi, demək olar ki, tamamilə yanıb külə dönüb. Məhsulları yanan, nəticədə olduqca böyük məbləğdə ziyana düşən sahibkarlar isə aqressivlik nümayiş etidiriblər. Jurnalistləri çəkiliş meydanından qovan sahibkarlar müsahibə verməkdən də imtina ediblər.

Özünü “Təzə bazar” sahibinin bacısı kimi qələmə verən qadın olduqca aqressivliyi ilə seçilib. O, jurnalistlərə əl qaldıraraq, onlardan məkanı tərk etməyi tələb edib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədirlər.

Görüntüləri təqdim edirik:

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir