Sankt-Peterburq metrosundakı terrorda şübhəli bilinən müsəlman özü polisə gəldi…

Bloger:”Sadəcə, müşahidə kameralarının qeydlərindən bir “ideal” müsəlman taparaq KİV-ə “atıblar”…”

Dünən Sankt-Peterburq metrosunda baş vermiş dəhşətli partlayışın törədilməsində şübhəli bilinən və KİV-də fotosu yayımlanan saqqallı bir kişi özü polisə gələrək ifadə verib. Moderator.az bu haqda Rusiya mediasına istinadla yazır. Məlumatı tanınmış bloger İlya Varlamov sosial şəbəkədə açıqlayıb. Bundan öncə mediada və telekanallarda müşahidə kameralarının qeydlərinə əsasən başında iri papaq, əynində palto və balağı qatlanmış şalvar olan saqqallı kişinin küçədəki görüntüləri yayılmışdı. Görünür, həmişə olduğu kimi, “ideal” müsəlmana oxşayan kişini tələm-tələsik terrorçu kimi təqdim ediblər.
Sözügedən bloger təqdim etdiyi fotonun Sankt-Peterburqun polis bölmələrindən birində çəkildiyi iddia edilir. Stulda əyləşmiş kişinin simasından yorğunluq və gərginlik yağır. O, müşahidə kameralarında görüntülənmiş şəxs kimi geyinib.

İ.Varlamovun verdiyi məlumata görə, həmin şəxs polisə gələrək metrodakı son partlayışla heç bir əlaqəsi olmadığını bildirib. “Görünür, sadəcə, müşahidə kameralarının qeydlərindən bir “ideal müsəlman” taparaq KİV-ə “atıblar”-deyə bloger yazır.
Xəbər verildiyi kimi, Rusiyanın müsəlman təşkilatları Sankt-Peterburq metrosundakı terror aktını qəti olaraq pisləyib və həlak olanların ailələrinə başsağlığı veriblər. Müsəlmanlar bəyan ediblər ki, bu terakt Rusiya cəmiyyətində parşalanma yaratmaq və müsəlmanları ləkələmək məqsədi güdən təxribatçılar tərəfindən törədilib.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir