Peterburq terrorunda azərbaycanlı da olub

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş verən terror nəticəsində yaralananlardan bəzilərinin adları açıqlanıb.

Hələlik 16 nəfərin adı açıqlanıb. Siyahıda 28 yaşlı Zaur Vəliyev adlı şəxsin adı da var. Ehtimal edilir ki, həmin şəxs azərbaycanlıdır.

Qeyd edək ki, bu gün Rusiya vaxtı ilə saat 14:30-da Rusiyanın Sankt-Peterburq şəhərində metroda terror aktı törədilib. Rusiya səhiyyə naziri Veronika Skvortsova bildirib ki, hadisə nəticəsində 10 nəfər ölüb, 47 nəfər yaralanıb. Rusiyanın Mariinskaya xəstəxanasından məlumat verilib ki, yaralılardan 2 nəfər də ölüb.

Partlayış əsnasında Rusiya prezidenti Vladimir Putin Belorus prezidenti Aleksandr Lukaşenko ilə rəsmi görüş keçirib. Görünən odur ki, partlayış Rusiya prezidentinə bir mesaj olub. Buna səbəb kimi isə Rusiyanın xarici siyasət kursu göstərilir.

olke.az

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir